O, İrana ilk paralimpiya medalını qazandırdı
Avq 30, 2024 13:47 Asia/Baku
Paris-2024 Yay Paralimpiya Oyunlarında para-taekvondo üzrə mübarizə aparan 15 yaşlı İranlı qız, Zəhra Rəhimi ölkəsinin ilk medalı qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Zəhra Rəhimi çinli, braziliyalı və gürcüstanlı rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb.
Bundan öncə Asiya yarışlarında qızıl medala sahib olmuş gənc taekvandoçu finalda monqolustanlı rəqibinin üstünlüyü ilə barışmalı olub.