İranlı güləşçilər dünya zirvəsində dayandılar
İranın yunan-Roma güləşi üzrə milli komandası 2024-cü ildə gənclər arasında güləş üzrə dünya çempionatında birinci olub.
SəhərAzəri-nin məlumatına əsasən, İspaniyanın Pontevedra şəhərində keçirilən 2024-cü ildə gənclər arasında güləş üzrə dünya çempionatında İranın yunan-Roma güləşçiləri dörd qızıl, bir gümüş və bir bürünc qazanaraq, ümumilikdə 147 xalla çempion adını qazanıblar.
Dörd qızıl medalı 55 kq-da Əli Əhmədivəfa, 60 kq-da Məhəmməd Mehdi Qulampur, 67 kq-da Əhmədreza Möhsünnejad və 77 kq-da Əlirza Əbdüli qazanıb.
Abülfəzl Fəthi-Təzəngi 130 kq-da gümüş, Erfan Cərkəni 63 kq-da bürünc medal qazanıblar.
Bu titul İranın gənclərdən ibarət yunan-Roma güləşi üzrə milli komandasının Həmid Bavəfanın rəhbərliyi altında qazandığı ardıcıl 5-ci çempionatdır. Bu qələbə İranın gənclər arasında güləşdə nüfuzunu bir daha sübut etdi.