Paris paralimpiyası; İran 21-ci yerdədir
Paris paralimpiya oyunlarının onuncu gününün sonunda İran altısı qızıl, onu gümüş və yeddisi bürünc olmaqla ümumilikdə 23 medal əldə etməklə medallar cədvəlində 21-ci yerdə gedir.
SəhərAzəri-nin məlumatına əsasən, Paris paralimpiya oyunlarının onuncu günü təkcə İlham Salehi tərəfindən nizəatma yarışında bir bürünc medalın əldə edilməsilə başa çatıb.
Qeyd edək ki, Sadiq Beyt-Səyyah nizəatma yarışında qızıl medal əldə etmişdi, lakin yarışların təşkilat komitəsi başçılarının qərarı ilə diskvalifikasiya olundu və qızıl medal İrandan alındı. İran da ondan sonra etiraz etdi.
Sonda İranın idman karvanı altısı qızıl, onu gümüş və yeddisi bürünc medal olmaqla 23 medalla/ medallar cədvəlində 21-ci yerdə durdu.
İndiyədək 213 medal, o sıradan 93 qızıl, 71 gümüş və 49 bürünc medal əldə edən Çin komandası paralimpiya oyunlarının medal cədvəlinin birinci pilləsində durur.