İran İngiltərə, Fransa və Almaniyanın mənfur bəyanatını pislədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İngiltərə, Fransa və Almaniyanın Xarici İşlər Nazirlərinin Ukrayna münaqişəsində əli olması bəhanəsi ilə İran İslam Respublikası ilə ikitərəfli hava əlaqəsi müqavilələrinin ləğv və “Iran Air”ə qarşı sanksiyaların tətbiq edilməsi üçün verdikləri bəyanatı sərt şəkildə pisləyib.
“Üç avropa ölkəsinin atdığı bu addım Qərbin ədavətli siaysətinin davamı olmaqla yanaşı İran xalqı əleyhinə iqtisadi terrora əl atılmasıdır. Əlbətdə belə bir qərara İran İslam Respublikasının müvafiq və uyğun addımı ilə qarşılıq veriləcəkdir”-deyə vurğulayan Nasir Kənani sözünün davamında İranın Ukrayna ilə bağlı açıq və şəffaf mövqeyinə də toxunub.
“Öncədən təkidlə deyildiyi kimi, İran İslam Respublikasının Rusiya Federasiyasına ballistik raketlərin satışı ilə bağlı hər bir iddiası əsassız və yalandır”-İran diplomatik qurumun sözcüsü əlavə edib.
Kənani daha sonra qeyd edib ki, Birləşmiş Ştatları və üç Avropa ölkəsinin elə özü sionist rejiminin əsas silah təminatçısı və Fələstin və Qəzzə xalqına qarşı törədilmiş geniş qətliamın və soyqırıma şərikidir. Onlar öz səhv siyasətlərinə cavab verməlidir.
Qeyd edək ki, ABŞ özünün növbəti anti-İran siyasətini sərgiləyərək İran İslam Respublikasının “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Şirkətə qarşı yeni məhdudiyyətlər onun Rusiya ilə əlaqələri, eləcə də silahların daşınması bəhanəsi ilə bağlıdır.
Xatırladaq ki, İranın Rusiyaya ballistik raketlərin göndərilməsi bəhanəsi ilə İrana qarşı ağır sanksiyaların tətbiq edilir. Halbuki ötən cümə günü İranın BMT-dəki nümayəndəsi ballistik raketlərin Rusiyaya verilməsi haqda suallara cavab olaraq bildirib ki, İran münaqişə tərəflərinə mülki vətəndaşların və infrastukturların məhv edilməsinə yol açan və eləcə də atəşkəs danışıqlarının bərpasına qarşı ola biləcək silahların verilməsi kimi şeyləri qeyri-insani hərəkət qəbul edir. İran bununla kifayətlənmir, bəlkə daha çox təlaş göstərərək münaqişə tərəflərinə silah göndərilməsinin dayandırılmasına çağırış edir.