İran sionist rejimin Livanda törətdiyi terroru sərt şəkildə pisləyib
“Livandakı terror kütləvi qırğının aşkar nümunəsidir”-Nasir Kənani
İran XİN-nin mətbuat xidmətinin katibi Nasir Kənani rabitə cihazlarının partladılması ilə livanlı vətəndaşların hədəfə alınmasını və sionist rejimin törətdiyi belə bir terroru kütləvi qırğının aşkar nümunəsi adlandıraraq bu cinayət əməlini sərt şəkildə pisləyib.
Nasir Kənani verdiyi açıqlamada bildirib ki, ötən gün Livanda törədilmiş terror aktı sionist rejiminin və onun muzdur qüvvələrinin apardığı mürəkkəb və tərkibli əməliyyatların davamıdır.
“Törədilmiş bu əməl bütün beynəlxalq konvensiyalara, insan hüquqları və dəyərlərin qorunması prinsipinə xüsusilə beynəlxalq humanitar qanunlara zidd bir əməldir. Törədilmiş belə bir əməlin beynəlxalq cinayət hüququ çərçivəsində araşdırılmalı, mühakimə edilməli və cəzalandırılmalıdır”-deyə İran diplomatik qurumun sözcüsus əlavə edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi daha sonra vurğulayıb ki, törədilmiş bu tərkibli terror aktı kütləvi qırğının aşkar nümunəsidir və belər bir terrorçuluq bir daha sübüt edir ki, sionist rejimin Fələstin xalqına qarşı törətdiyi müharibə cinayəti, soyqırımından əlavə, rejim regional və beynəlxalq sülh və sabitliyi ciddi şəkildə təhlükəyə sürükləyən təhdidə çevrilib.
O çıxışının davamında təkid etdib ki, bu əsasla sionist rejimin terrorçu addımları ilə mübarizə aparılmalı, onun təhdidlərinə qarşı durmaq tam zəruriyyət təşkil edir. Bunun üçün bütün beynəlxalq ictimaiyyət sionist rejimin cinayətkar başçılarının cəzasız qalmaması üçün dərhal addım atmaldır.
Kənani çıxışının sonunda ölkəsinin Livan hökuməti, xalqı və müqaviməti ilə həmdərd olduğunu, törədilmiş terror əməliyyatı nəticəsində şəhid və yaralananların ailələrinə başsağlığı verərək İranın Livandakı səfiri də daxil olmaqla, bu hadisədə yaralananların hamısının tezliklə sağalmasını arzulayıb, İran İslam Respublikasının Livan hökuməti və xalqına lazım olan hər cür yardımı göstərməyə hazır olduğunu bir daha vurğulayıb.