Sen 19, 2024 12:54 Asia/Baku
  • İran İsrail rejiminin terror hərəkətləri barədə BMT-yə məktub verib

İranın BMT-dəki nümayəndəsi bir məktub yayıb. Məktubda deyilir: İran İslam Respublikası özünün Livandakı səfirinin yaralanmasına gətirib çıxaran ona qarşı hücumu ciddi şəkildə təqib edəcək.

Əmir-Səid İrəvani BMT baş katibinə, həmçinin Təhlükəsizlik Şurası və Baş Məclisin sədrlərinə ünvanladığı məktublarda/ onlardan/ İsrail rejiminin İran İslam Respublikasının Livandakı nümayəndəliyinin başçısına qarşı dəhşətli cinayət və terror hərəkətlərini, həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünü pozması və livanlı mülkiləri hədəfə almasını pisləmələrini istəyib.

İranın BMT-dəki nümayəndəsi belə qeyd edib: İran İslam Respublikası bədən xəsarəti almasına səbəb olan Livandakı səfirinə qarşı hücumu ciddi şəkildə təqib edəcək. İran qanunların pozulmasına və bu fəlakətli cinayətə cavab üzrə lazımi tədbirlərin görülməsi istiqamətində beynəlxalq hüquq normaları əsasında öz hüquqlarını qoruyub saxlayır.

Fələstinlilərə qarşı soyqırım və müharibə cinayətləri də daxil olmaqla geniş miqyasda vəhşicəsinə cinayətlər törədən sionist rejim, regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid sayılır- deyən İrəvani əlavə edib: Bu qanunsuz hərəkətlərin nəzərdən keçirilməsi zəruridir və dünya ictimaiyyəti sionist rejim başçılarının toxunulmazlıqlarına son qoymaq üçün təcili addımlar atmalıdır.