İran prezidenti Livan xalqı və dövlətinə başsağlığı verib
İran İslam Respublikası prezidenti Məsud Pezeşkian cinayətkar sionist rejimin Livan xalqına qarşı xaincəsinə son kütləvi terrorunu pisləyib, Linan xalqı və dövlətinə başsağlığı verərək kədərini bölüşüb.
İran prezidentinin X hesabında paylaşdığı statusda belə deyilir:
“Terrorçu rejim tərəfindən mülki əhali arasında rabitə aparatlarının partladılması ilə törədilən xəyanətkar kütləvi terror nəticəsində minlərlə livan vətəndaşının şəhid olması və yaralanması münasibəti ilə Livan xalqına dərin hüzünlə başsağlığı verir, həmdərliyimi bildirirəm.
Allah məğlubedilməz, intiqamalandır və cinayətkar mütləq ədalətli şəkildə cəzalandırılacaq. İran İslam Respublikası livanlıları hədəfə alan bu çirkin cinayəti pisləyir və livan dövləti və xalqına öz dəstəyini vurğulayır. Biz beynəlxalq təşkilatlardan üzərlərinə düşən məsuliyyəti yerinə yetirmələrini istəyirik.
Allah Livanı və onun xalqını qorusun.
Şəhidlərə rəhmət və yaralılara təcili şəfa diləyirəm”,- İran İslam Respublikası prezidenti Məsud Pezeşkian bildirib.