Sen 27, 2024 11:05 Asia/Baku
  • Çinlə əməkdaşlıqlar həyata keçiriləcək

Çin ilə müəyyən iş qrupu formalaşıb və şəhid Rəisi dövlətində qəbul edilmiş qərarlar təqib olunub, həyata keçiriləcək. Bunu İran prezidenti vurğulayıb.

İran prezidenti Məsud Pezeşkiyan Tehranın Mehrabad hava limanına daxil olarkən etdiyi çıxışında Nyu-York səfəri barədə belə deyib: Çox bərəkətli bir səfər idi. Ölkələrin başçıları ilə söhbət etmək, Qəzzə, Fələstin və Livanla bağlı nigarançılıqlarımızı başqaları ilə bir araya qoymaq fürsəti əldə etdik.

Avropa Şurasının sədri və Avropa ölkələrinin başçıları ilə söhbət etdik. Onlar deyirdilər ki, biz İsrailin cinayətlərini pisləmişik, amma Amerika da məsələni həll etməlidir və Netanyahuya insan adı vermək olmaz. Hamı empatiya ifadə edirdi. Amma empatiya ilə problem həll olmaz- Pezeşkiyan əlavə edib.

Ölkə prezidenti sonra belə söyləyib: Əgər ölkəmizdə və digər ölkələrdə sadə bir hadisə baş verərsə, yeri-göyü bir-birinə qatırlar ki, insan hüquqları tapdanıb, amma elə həmin kəslər İsrailin cinayətləri və yüzlərlə nəfərin qırğın edilməsi qarşısında susur və öz hərəkətlərini əsaslandırmağa çalışırlar.

Pezeşkiyan bildiribdir ki: Qonşu ölkələrin prezidentləri və baş nazirlərilə görüşlərmiz oldu. Onlarla proqramdakı məqsədlərimiz barədə razılığa gəlməyimiz qərara alındı.

Prezident vurğulayıb: Nüvə anlaşması barədə danışıqlar aparıldı. Narahatlıqlarımızı Avropa ölkələrilə bir araya qoyduq. Xarici işlər nazirlərinin bu məsələni təqib etmələri qərara alındı. Bildirdik ki, nüvə anlaşmasını biz cırmamışıq. Bu işi Tramp edib. Onlar da qəbul etdilər. Bu prosesi və ölkəmizə qarşı tətbiq etdikləri sanksiyaları və gedişatı təqib etməyə çalışacağıq.

O, deyib: Bizim xarici işlər nazirliyimizin və birgə komissiyaların regiondakı əlaqələri iqtisadi, təhlükəsizlik, siyasi və mədəni baxımdan əməliyyat formasında təqib etmələri qərara alındı.

Çin ilə müəyyən iş qrupu formalaşıb və şəhid Rəisi dövlətində qəbul edilmiş qərarlar təqib olunub, həyata keçiriləcək.

 

Teqlər