Sen 28, 2024 11:40 Asia/Baku
  • Pezeşkian: Sionist rejimin Beyrut ətrafına hücumları açıq və qizlədilməz müharibə cinayətidir

İran İslam Respublikası prezidenti cinayətkar sionist rejimin cümə günü Beyrutun cənub ətrafına təşkil etdiyi hava hücumlarını pisləyib və onları gizlədilə bilməyəcək açıq hərbi cinayət hesab edib.

Prezident Pezeşkian cümə günü axşam saatlarında bununla bağlı müraciətində deyib:

Bağışlayan və Mehriban Allahın adı ilə

Sionist rejimin Beyrutun Zahiyyə bölgəsinə bugünkü hücumları açıq və ört-basdır edilməyən hərbi cinayətdir və bu rejimin dövlət terrorizminin mahiyyətini bir daha üzə çıxardı.

Sionist rejimin Fələstin və Livan xalqlarına qarşı cinayətləri beynəlxalq ictimaiyyətin dövlət terrorizmi maşınının qarşısını almaqda acizliyinin əlamətidir və bu rejimin regional və beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhdid olduğunu sübut etdi . Dünya ölkələrinin xüsusilə də İslam ölkələrinin bu cinayəti qətiyyətlə pisləməsi gözlənilir”.

Livan xalqı və hökumətinə və bu hadisənin başı uca şəhidlərinin ailələrinə başsağlığı verirəm və sizin kədərinizi bölüşürəm əziz Livan xalqı və qürurlu Livan müqaviməti.

İran İslam Respublikası hökuməti sionistlərin törətdiyi bu cinayətləri təqib edəcək və Livan xalqı və müqavimət mehvərinin yanında olacaq.

 

Teqlər