Sen 28, 2024 12:58 Asia/Baku

Ötən gecə paytaxt sakinləri İsrail rejiminin Beyruta və ətraf məntəqlərə etdiyi təcavüzə etiraz olaraq toplaşıblar. Tehranın Fələstin meydanında keçirilən bu toplantıda, etirazçı insanlar sionist rejimin belə bir qəddar və terror əməlini pisləməklə yanaşı, Livan xalqına öz həmrəyliyini bildiriblər.

İsrail rejiminin təcavüzü əleyhinə keçirilmiş aksiyaya gələn paytaxt sakinləri İranın, Hizbullahın və Fələstinin bayraqlarını əllərində tutaraq sionist rejiminin törətdiyi cinayətlərin qisasını tələb ediblər.

Nümayişçilər “İsrailə ölüm” və “Amerikaya ölüm” şüarları səsləndirərək Livana və müqavimət cəbhəsinə dəstək olduqlarını vurğulayıblar.

 

Teqlər