Sen 29, 2024 12:58 Asia/Baku
  • General Nilforuşan öz şəhid yoldaşlarına qovuşdu

İslam İnqilabı Küşikçiləri Korpusu SEPAH bir bəyanat yayaraq, yüksək rütbəli komandiri general Abbas Nilforuşanın cinayətkar İsrail rejiminin Beyruta vəhşi tacavüzü nəticəsində şəhid olduğunu təsdiqləyib.

SEPAH-ın bəyanatında deyilir:

Böyük mücahid, igid general, Müqəddəs Müdafiə dövrünün veteran və qazi komandirlərindən, İslam İnqilabı Keşikçiləri Korpusunun Livandakı əməliyyatlar üzrə məsləhətçisi briqada generalı Abbas Nilforuşan Beyrutun cənub ətrafına sionistlərin vəhşi terror hücumunda böyük və ölməz şəhid yoldaşlarına qoşulub.

Bu mücahid generalın Müqəddəs Müdafiə səngərində, müqavimət cəbhəsində, ölkənin təhlükəsizliyinin qorunmasında və Əhli-beytin (ə) hərəminin müdafiəsində göstərdiyi səylər vətənin müdafiəsi və təhlükəsizliyi və Qüdsi-Şərifin azad edilməsi naminə iman, fədakarlıq və mübarizənin tərcüməsidir.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru əməliyyatları üzrə müavin, İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargahında əməliyyatlar üzrə müavin, Müdafiə Elmləri Kolleci və Elmi-Tədqiqat İnstitutunun dekanı, həmçinin kadrların təlimi və yetişdirilməsi kimi bir çox vəzifələr şəhid Nilforuşanın pasdarlıq geyimində karyerası dövründə üzərinə götürdüyü məsuliyyətlər idi ki, hamısını qürur, müvəffəqiyyət və ləyaqətlə yerinə yetirib.

İslam İnqilabı Keşikçiləri Korpusu sionist rejimin əziz Livana qarşı törətdiyi cinayətləri qəti şəkildə pisləyir, bu əziz şəhidin şəhadəti münasibətilə İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə, onun şərəfli ailəsinə, şərəfli yoldaşlarına, İslami İran xalqına, xüsusilə də İsfahan əhalisinə təbrik deyir və dərin hüznlə başsağlığı verir.