Sen 30, 2024 12:07 Asia/Baku
  • Qüds Qüvvələrinin komandanı Tehranın öz mövqeyində möhkəm dayandığını bildirib

Qaani: Qüdsün azad edilməsinə qədər Hizbullahın yanında qalacağıq

Qüds Qüvvələrinin komandanı bəyan edib ki, İran dövləti Seyid Həsən Nəsrullahın yolunun və məktəbinin davamında Fələstinin fəthinə və Qüdsi-şərifin azad edilməsinə qədər İslami Müqavimətin yanında qalacaq.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani islami müqavimətin böyük Seyidinin şəhadəti münasibətilə təbrik və başsağlığı müraciətində yazıb: “Hizbullahın mücahid lideri cənab Seyid Həsən Nəsrullahın məzlumcasına şəhadəti hamımızı kədərləndirdi və İslami Müqavimət Cəbhəsi və dünyanın azad insanlarını matəmə qərq etdi”.

Müraciətin davamında bildirilir: “Səfər etmiş o əziz bütün bərəkətli və iftixarlı həyatını İslam və Quranın ən şər düşmənləri ilə döyüş meydanında keçirdi. Nəhayət, öz ilahi qanını və əziz canını yüksək islami ideallar yolunda, məzlum Fələstin və Livan xalqının başıucalığına dəstək olmaq yolunda fəda etdi”.

General Qaani vurğulayıb: “O nurani Seyid mənəviyyat və təhlükəsiz tədbirləri ilə Hizbullah Hərəkatına rəhbərlik etdi, onu izzət zirvələrinə, sonsuz mənəvi və cihad gücünə çatdırdı. Təmmuz müharibəsinin ağır döyüşlərinə, Suriya və İraqda İŞİD və təkfirçilərlə müharibəyə komandanlıq etmək səadətli şəhidin cavid mücahidliklərinin qalın dəftərindən qızıl səhifələrdir”.

 

Teqlər