Pezeşkiyan Hizbullah lideri üçün qoyulmuş xatirə kitabçasına ürək sözlərini yazdı
“Şəhid Nəsrullah və onun sirdaşlarının qanı coşmaqda davam edəcək”
İran İslam Respublikasının prezidenti Livan Hizbullahının Tehrandakı nümayəndəliyində açılmış anım kitabçasında yazıb: “Dünya bilməlidir ki, əzəmətli şəhid Seyid Həsən Nəsrullah və onun sirdaşlarının qanı qaynamağa və zülmə qarşı dirəniş göstərməyə davam edəcək”.
Məsud Pezeşkiyan yazıb: “Şərəfli həyatını Fələstin xalqının azadlığı yolunda və təcavüzkar sionizmlə mübarizədə sərf edən müqavimət şəhidinə Allahın rəhməti olsun! Amerika və sionist rejimin havadarları dünyaya göstərdilər ki, insan haqları, insan ləyaqəti və beynəlxalq qanunlar necə pozulur, terrorçular və cinayətkarlar insan haqlarının tərəfdarı adlandırılır, zülm ilə mübarizə edənlər və məzlumların tərəfdarları isə terrorçu kimi qələmə verilirlər”.
Prezident əlavə edib: “Əziz Fələstin və Livan xalqı bilməlidir ki, İran və haqq axtaran insanlar bundan sonra da onların yanında olacaqlar”.