İslam İnqilabı Keşikçiləri Korpusunun I-ci bəyanatı:
Bismillahir Rəhmanir Rəhim İnna minəlmucriminə montəqemun
Bir neçə dəqiqə öncə və şəhid mücahid Doktor İsmayıl Həniyyənin sionist rejim tərəfindən terroru ilə İran İslam Respublikasının suverinliyinə qarşı təcavüz müqabilində bir müddət göstərilən təmkinlikdən sonra, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi əsasında ölkənin özünü müdafiədəki qanuni haqqına uyğun olaraq eləcə də Amerikanın dəstəyi ilə bu rejimin şərur hərəkətlərinin artması, Livan və Qəzzə əhalisini qırğın etməsi, böyük mücahid, müqavimət məhvərinin rəhbəri və Hizbullahın başıuca baş katibi Seyid Həsən Nəsrullahı şəhid etməsi, və İslam İnqilabının Livandakı hərbi məsləhətçisi, igid komandan general Palkovnik Sehid Abbas Nilfuruşanı şəhid etməsinə cavab olaraq, SEPAH-ın aerokosmik qüvvələri onlarla ballestik raketlə işğal olunmuş ərazinin mərkəzində önəmli hərbi-təhlükəsizlik hədəflərini vurdu. Bu əməliyyatın təfərrüatı barədə məlumat təqdim olunacaqdır. Xatırladırıq ki, bu əməliyyat Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi, Silahlı Qüvvələrin Baş Qərargahının əmri və İran İslam Respublikası ordusunun və Müdafifə Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Xəbərdarlıq edilir! Ölkənin qanuni hüququna və beynəlxalq qanunlara uyğun olan bu əməliyyata sionist rejim hərbi reaksiya göstərərsə, növbəti dağıdıcı zərbələrlə qarşılaşacaq. Və mən Nəsru illa min indillahil Əzizil Həkimİslam İnqilabının Keşikçiləri Korpusunun Mətbuat Xidməti