General-leytenant Bagiri xunta rejiminə qarşı 1 oktyabr əməliyyatını şərh edib
İsrailin 3 əsas hərbi bazası hədəfə alındı
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: İşğal olunmuş ərazilərə edilən hücumda İsrailin 3 əsas hava bazası hədəflər arasında olub.
Təsnim Xəbər Agentliyinin məlumata görə, general-leytenant Məhəmməd Baqiri SEPAH-ın işğal olunmuş ərazilərə qarşı apardığı raket əməliyyatını izah edərkən deyib: “SEPAH-ın aerokosmik qüvvələri qəhrəmancasına əməliyyatı ilə sionist rejimdən qisas almağı bacardı”.
Onun sözlərinə görə, şəhid Haniyənin Tehranda qətlə yetirildiyi vaxtdan amerikalıların və avropalıların təkrar xahişinə əsasən rəsmi Tehran təmkinlik göstərdi ki, Qəzzədə atəşkəs yaransın, lakin sionist rejim ABŞ-ın dəstəyi və hətta amerikalıların yaşıl işığı ilə öz cinayətlərini artırdı və Livan xalqına qarşı qırğınlar törətdi , xüsusən də böyük mücahid Seyid Həsən Nəsrullahı, eləcə də Sepahın Livandakı ali müşaviri general Abbas Nilforuşanı şəhadətə yetirdi. Və təbii ki, bu ağır cinayətlərə dözmək olmazdı.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi SEPAH-ın öz dəyərli raket əməliyyatları ilə sionist rejimin mühüm bazalarını hədəfə ala bildiyini vurğulayıb və deyib: “Sionist rejimin 3 əsas hərbi hava bazası, Mossadın qərargahı, F35 təyyarələrinin saxlanıldığı Nevatim hava bazası, şəhid Nəsrullahı terror etmək üçün üçün istifadə olunmuş Hatsarim bazası, strateji radarlar və həmçinin Qəzzə xalqının qətliamına cavabdeh olan rejimin tankları hədəfə alınıbdır”.
Baqiri bu əməliyyatda rejimin iqtisadi və sənaye mərkəzləri və işğal olunmuş ərazilərdəki insanların hədəfə alınmadığını, bunun isə tamamilə mümkün olduğunu qeyd edərək deyib: “İran İslam Respublikasının Silahlı Qüvvələri bu hücumun təkrarlanmasına tam hazırdırlar və əgər çılğınlaşan sionist rejim ərazi bütövlüyümüz və suverenliyimizə qarşı hərəkətə keçərsə, onun bütün infrastrukturları vurulacaq”.