Okt 02, 2024 14:04 Asia/Baku
  • Ali Məqamlı Rəhbər bir qrup elita və elmi istedadlarla görüşüb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bir qrup elita və elmi istedadlarla görüş keçiriblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri çərşənbə axşamı səhər İranın bir qrup elitası və görkəmli elmi istedadları ilə görüş zamanı buyurublar: "Mən yaxın zamanda Livan məsələləri və şəhid Nəsrullah haqda danışacağam.

O, Həzrət davamında buyurublar: Biz hazırda əzadarıq, baş verən hadisə kiçik bir hadisə deyildi. Seyid Həsən Nəsrullahın itkisi sadə deyil və bizi həqiqətən əzadar etdi. 

Ali Məqamlı Rəhbər qeyd ediblər ki, Qərbi Asiya regionunun problemlərinin əsas səbəbi ABŞ və bir sıra Avropa ölkələrinin yalandan sülh tərəfdarı olduqlarını iddia etmələridir.

O, Həzrət əlavə ediblər: Əgər bunlar bölgədə şər mövcudluqlarına son qoysalar, şübhəsiz ki, bu münaqişələr, müharibələr, toqquşmalar tamamilə aradan qalxacaq və region ölkələri özlərini və bölgələrini idarə edə, sülh, sağlamlıq və rifah içində birlikdə yaşaya bilərlər".