Okt 03, 2024 10:38 Asia/Baku
  • Pezeşkiyan: Dəmir Qübbə şüşədən də kövrəkdir

İran silahlı qüvvələri İsrailə kütləvi hücum edərək, Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin şüşədən də kövrək olduğunu sübut etdi.

Bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan deyib.

Onun sözlərinə görə, İran silahlı qüvvələrinin keçirdiyi son qürurlu əməliyyat sübut etdi ki, İsrailin çox təriflədiyi Dəmir Qübbəsi şüşədən daha kövrəkdir.

Prezident həmçinin qeyd edib ki, İran müharibə istəmir, amma bundan qorxmur və ölkənin milli təhlükəsizliyini, şərəfini və nüfuzunu qorumaq üçün hər şeyi etməyə hazırdır.

Xatırladaq ki, İran 1 oktyabrda İsrailə kütləvi raket zərbələri endirib. Bunun nəticəsində işğalçı rejimin hərbi – təhlükəsizlik mərkəzlərində böyük xəsarət əmələ gəlib. Xüsusilə hücum zamanı iki hava bazası və Mossadın qərargahına zərbə endirilib.