İran prezidenti Qətər dövlətinin əmiri ilə birgə mətbuat konfransında çıxış edib:
“Regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir”
İran İslam Respublikasının prezidenti Qətər Əmiri ilə birgə mətbuat konfransında İranın müharibə ardınca olmadığını vurğulayaraq bildirib ki, regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir.
Məsud Pezeşkiyan İranın Qətərlə əlaqələri inkişaf etdirmək ardınca olduğunu vurğulayaraq deyib: “İki ölkənin ortaq iradəsi əməkdaşlığın səviyyəsini yüksəltməkdir və biz bunu gücləndirə bilməyimizə əminik”.
Prezident İranın texnologiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edərək deyib: “Regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir və biz müharibə ardınca deyilik”.
Pezeşkiyan bir daha vurğulayıb ki, İran müharibə istəmir və onu reaksiya verməyə məcbur edən İsrail rejimidir.
O İsrail rejiminin tarixdə heç bir cinayətkarın etmədiyi cinayətlər törətdiyini vurğulayaraq qeyd edib: “Biz cavab verməyə məcbur olduq. Başqa hərəkət etmək istəsə, daha sərt cavab verəcəyik. İslam Respublikası bu vədinə sadiqdir”.
İran hökumətinin başçısı əlavə edib ki, sionist rejimin çirkin məqsədləri regionda təhlükə yaratmaq və böhranı yaymaqdır, bu böhranın qarşısı almalıdır.