Okt 05, 2024 11:55 Asia/Baku
  • İsrailin cinayətlərini dəstəkləmək sülhsevərlikdirmi?

İran İslam Respublikasının İsrail rejiminin terror və təcavüzkar hərəkətlərinə qarşı qanuni hərbi cavabı avropalıları ayağa qaldırıb və indi onlar sülhsevər olduqlarını iddia edirlər.

Almaniya kansleri Olaf Şolts qondarma İsrail rejiminin təcavüzlərini və regionda soyqırımı törətməklə məşğul olmasını qulaqardına vuraraq ona qarşı hücumların dayandırılmasını tələb edib.

Avropalılar, xüsusən də Almaniya kimi bu qitənin böyük hökumətləri heç vaxt Fələstin torpaqlarını işğal edən sionistlərin təcavüzünə qarşı ədalətli mövqe tutmayıb və dürüst vasitəçi olmayıblar. 1948-ci ildə Fələstində saxta İsrail rejiminin elan edilməsindən sonra avropalılar həmişə sionistləri müdafiə ediblər. Ona görə də Fələstini işğal edən sionistlər bu dəstəyə arxalanaraq heç bir cinayəti əsirgəməyiblər. Əl-Əqsa Tufanı əməliyyatından sonra Olaf Şolts da daxil olmaqla bir çox Avropa dövlətlərinin başçıları Təl-Əvivə gələrək İsrailə hərtərəfli dəstəklərini bəyan etdilər. Onlar sionistlərin cinayətlərinə toxunmadan Fələstin İslami Müqavimət Hərəkatından israilli məhbusları heç bir ilkin şərt olmadan azad etmələrini istədilər. Qəribədir ki, Qərb dövlətləri özlərini dünyada insan haqlarının müdafiəçisi hesab edirlər.

Onlar sionist rejimin təcavüzünə qarşı durduqlarına görə Fələstin və Livanın müqavimət hərəkatını terrorçu adlandırırlar, lakin sionistlərin təcavüzü və Fələstin və Livanda on minlərlə insanın qətliamını qanuni özünümüdafiə hesab edir və bunu dəstəkləyirlər.

Son hadisələrə gəlincə, avropalılar İranın Dəməşqdəki konsulluğunun sionistlər tərəfindən hədəfə alınması, bir neçə iranlı hərbi məsləhətçinin şəhid olması və ya İranın rəsmi qonağı İsmayıl Həniyyənin şəhid edilməsinə heç bir reaksiya vermədikləri halda işğalçı rejimin Tehran tərəfindən cəzalandırılmasına etiraz edirlər. Ancaq onların bu ikili standartı və irqçiliyi artıq heç bir nəticə verməyəcək və yalnız sionistləri daha da həyasızlaşdıracaqdır. Bu isə o deməkdir ki, Avropa sionistlərin Fələstin və Livandakı bütün cinayətlərində ortaqdır.

 

Teqlər