Admiral Təngsiri: Bütün şəraitə hazırıq
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: "İran İslam Respublikası bölgədə atəşlə oynamaq istəyən hər kəsə qarşı qətiyyətlə dayanacaq".
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri HƏMAS-ın Əl-Əqsa Tufanı əməliyyatının ildönümü ərəfəsində qeyd edib ki, İran silahlı qüvvələri ötən illərdə hər cür təhdidlərlə mübarizə aparmaq üçün özlərini hazırlayıblar.
O, davamında Fars körfəzindəki Hörmüz boğazının əhəmiyyətinə toxunub və deyib: "Hörmüz Boğazı İranın cənubunda yerləşən çox mühüm və strateji bir boğazdır və bu boğaz İrana və qonşu ölkələrə aiddir. Müqəddəs Müdafiə həftəsinin fəaliyyətləri gördüyünüz paradla başladı. Bu paradda sayı 583-dən çox olan müxtəlif növ gəmilər, o cümlədən raket atan gəmilər, köməkçi gəmilər və səfərbərlik qüvvələrinə məxsus gəmilər, döyüş təyyarələri, nəqliyyat təyyarələri və helikopterlər iştirak etdilər".
O əlavə edib: "44 ildən sonra fəxr etməyə haqqımız var ki, gördüyünüz bu cihazlar və avadanlıqları tam iqtisadi embarqo dövründə özümüz istehsal etmişik".