Sepah qətiyyət göstərir
Kontr-admiral: Düşmənlərə qarşı bir neçə ssenari hazırlanıb
Okt 07, 2024 12:32 Asia/Baku
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri deyib ki, İran düşmənlərlə qarşılaşmaq üçün bir neçə ssenari hazırlayıb.
Əlirza Təngsiri "Əl-Aləm" telekanalına müsahibəsində qeyd edib ki, İran istənilən şəraitə və bölgədə fövqəladə vəziyyətlərə tam hazırdır və İsrail rejimi ilə birbaşa qarşıdurmanı da istisna etmir.
Onun sözlərinə görə, sionisr rejimin baş naziri Benyamin Netanyahunun odla oynaması qarşısında müxtəlif ssenarilər hazırlanıbdır.
Qeyd edək ki, İran 1 oktyebarda İsrailə kütləvi raket hücumu həyata keçirib və xunta rejiminin yeni səhvlərə yol verdiyi halda daha ciddi sürprizlərlə qarşılaşacağını vurğulayıb.