Şəhid Nilfuruşanın meyiti tapılıb
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi sionistlərin Livanın Zahiyyə bölgəsinə terrorçu hücumu nəticəsində şəhid olan briqada generalı Abbas Nilfuruşanın cəsədinin tapıldığını bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi verdiyi bəyanatda bildirib: "Livanda günlərdir davam edən yorulmaz səylər nəticəsində sentyabrın 27-də qəddar və qaniçən İsrail rejiminin Beyrutun Zahiyyə bölgəsinə vəhşicəsinə hücumunda Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla birlikdə şəhid olan İran İslam Respublikasının baş hərbi müşaviri, igid və mütəfəkkir sərkərdə briqada generalı şəhid Abbas Nilfuruşanın cəsədi tapılıb".Bəyanatın davamında deyilir: "Müqavimət cəbhəsinin bu iftixarlı qəhərmanının şəhadəti münasibətilə onun müəzzəm ailəsini və şücaətli silahdaşlarını bir daha təbrik edir və başsağlığı veririk. General Nilfurusanın cənazəsinin İrana qaytarılması, həmçinin müşayiət olunması və dəfn mərasimlərinin təfərrüatları daha sonra açıqlanacaq".