Pezeşkiyan Putinlə nəyə razılaşdıqlarını açıqladı
https://azeri.sahartv.ir/news/İran-i415300-pezeşkiyan_putinlə_nəyə_razılaşdıqlarını_açıqladı
İran və Rusiya neft-qaz və enerji sahələrində birgə layihələr həyata keçirəcəklər
(last modified 2024-10-13T06:25:39+00:00 )
Okt 13, 2024 07:44 Asia/Baku
  • Pezeşkiyan Putinlə nəyə razılaşdıqlarını açıqladı

İran və Rusiya neft-qaz və enerji sahələrində birgə layihələr həyata keçirəcəklər

İran İslam Respublikası prezidenti rusiyalı həmkarı ilə bir saata yaxın davam edən danışıqların detallarını açıqlayıb.

Masud Pezeşkiyan və rusiyalı həmkarı Vladimir Putin Aşqabadda keçirilən görüşdə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə əlavə stimul verməyə razılaşıblar.

İran prezidenti bu barədə deyib: “Bizim konstruktiv qarşılıqlı əlaqəmiz var. Biz qaz, yol və dəmir yolu tikintisi, suyun şirinləşdirilməsi və enerji, neft-kimya, elektrik təchizatı sahələrində digər layihələrin həyata keçirilməsini sürətləndirməyə razılaşdıq”.

Onun sözlərinə görə, Tehran qonşu ölkələrlə bütün razılaşmaların yerinə yetirilməsində maraqlıdır.

Xatırladaq ki, Putin və Pezeşkiyanın danışıqları “Zamanlar və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsasıdır” adlı beynəlxalq forumu çərçivəsində keçirilib.