Okt 17, 2024 16:03 Asia/Baku
  • General Nilfuruşanın dəfn mərasimində; General Səlami: Sadiq Vəd-2 əməliyyatı sadəcə xəbərdarlıq idi

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı deyib: İsrail başçılarına deyirik, Sadiq Vəd-2 əməliyyatı yalnız bir xəbərdarlıq idi. Düşmənlərimiz səhv hesablamalarına görə ağır itkilər verəcəklər".

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı general-mayor Hüseyn Səlami İsfahanda general-mayor Abbas Nilfuruşanın dəfn mərasimində sərsəm təhdidlərinə işarə edərək, deyib: "İndi deyirik və siz də bilirsiniz ki, dediklərimizə əməl edirik. Diqqətli olun. İstər regionda, istərsə də İranda bizim hədəflərimizdən hər hansı birinə hücum etsəniz, biz sizə daha ağrılı zərbə endirəcəyik". 

O, əlavə edib: "Biz düşmənin zəif tərəflərini bilirik və sizə zərər vermək imkanımız var. Siz özünüz də zəifliklərinizi və nə qədər həssas olduğunuzu bilirsiniz"

General Səlami davamında deyib: "Sadiq Vəd-2" əməliyyatı bizim edə biləcəklərimizn ən kiçik bir nümunəsidir.  Artıq dərs alın. Siz başa düşməlisiniz ki, əgər bizim vətəndaşlarımıza, şəxsiyyətlərimizə və ya maraqlarımıza hücum etsəniz, biz sizi olduğunuz torpaqlarda hədəfə alırıq. Bununla bağlı heç nədən çəkinmirik. Biz sizə demək istəyirik ki, raketdən müdafiə qalxanınıza güvənməyin, biz ondan keçirik. Artıq rəftarınıza düzəliş edin". 

Teqlər