Əl-Ərəbi Əl-Cədid: Qahirə İraqçinin regional səfərinin ən mühüm dayanacağıdır
Əl-Ərəbi Əl-Cədid nəşri bir təhlildə İranın xarici işlər nazirinin Misirə səfərinə işarə edərək, Qahirəni Seyid Abbas İraqçinin regional səfərinin ən mühüm dayanacağı kimi dəyərləndirib.
Əl-Ərəbi Əl-Cədid nəşri bu səfərə toxunaraq, yazıb: "İranın xarici işlər naziri Abbas İraqçi regiona səfəri çərçivəsində Qahirəyə gedib. O, Qahirədə İranın Misirdəki Maraqlarını qoruyan ofisin rəhbəri Məhəmməd Sultanifərd və Misirin xarici işlər nazirinin köməkçilərindən biri tərəfindən qarşılanıb. Onun Qahirədə misirli həmkarı Bədr Əbdül Ati, eləcə də Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə rəsmi görüşləri planlaşdırılır.
Məlumata əsasən, İraqçi bu səfərdə İran prezidenti Məsud Pezeşkianın bölgədəki vəziyyəti sakitləşdirməyə yönəlmiş addımlar ilə bağlı mesajını Misir prezidenti Əbdülfəttah Əs-Sisiyə çatdıracaq. İran xarici işlər nazirinin Qahirədə aparacağı müzakirələrə prezident Pezeşkianın Qahirəyə ilk səfəri üçün şəraitin yaradılması da daxildir.
Əl-Ərəbi Əl-Cədid yazıb: Qahirə İraqçinin Livan və Suriyadan başlayaraq Səudiyyə Ərəbistanı, Qətər, İraq və Omandan keçərək, İordaniya, Misir və daha sonra Türkiyəyə çatan regiondakı əksər ərəb ölkələrini əhatə edən sıx diplomatik turunda səfərinin ən mühüm dayanacağıdır.
Nəşr əlavə edib: İraqçinin Qahirəyə səfərini fərqləndirən cəhət ondan ibarətdir ki, bu səfər həm də iki ölkə arasındakı münasibətlər və bir ildən artıqdır ki, diplomatik münasibətlər canlandırmaq üçün göstərilən səylər baxımından fərqli kontekstlərə malikdir. Həmçinin, qaynar regional hadisələr, İraqçının təxminən iki həftədir rəhbərlik etdiyi İran diplomatik hərəkatında ən diqqət çəkən başlıqdır. Misir-İran münasibətləri ikitərəfli münasibətlərin səviyyəsinin inkişafından başqa, regional məsələlərdə daha çox koordinasiyaya yönəlmiş fəallığın artdığının şahidi olur.
Nəşr daha sonra yazıb: "İran xarici işlər nazirinin həmin səfərinin gündəliyinə Qırmızı dəniz regionu və Yəməndəki vəziyyət, Qəzzə zolağında baş verən hadisələr və sionsit rejimin Livana təcavüzü ilə bağlı müzakirələr, həmçinin İsrailin İrana mümkün hərbi cavabı fonunda yaranacaq gərginliyin qarşısının alınması yollarının müzakirəsi daxildir".
Qeyd edək ki, İran xarici işlər naziri misirli həmkarı və Misirin digər yüksək səviyyəli rəsmilərlə regiondakı ən mühüm hadisələri müzakirə etmək çərşənbə günü axşam saatlarında Misirə gedib.
Qahirə İran xarici işlər nazirinin Tehranın Qəzzə və Livanda müharibənin dayandırılması üçün diplomatik səyləri çərçivəsində baş tutan regional turunun səkkizinci dayanacağıdır.