Okt 17, 2024 18:11 Asia/Baku
  • Əraqçi Qahirədə Misir prezidenti ilə görüşüb

İranın xarici işlər naziri cümə axşamı Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb və danışıqlar aparıb.

Bu görüşdə Seyid Abbas Əraqçi Misir prezidenti ilə regionda baş verən hadisələrlə bağlı faydalı müzakirə və məsləhətləşmələr aparıb və tərəflər Qəzzədəki cinayətlərin və Livana qarşı təcavüzün dayandırılması, qaçqınlara kömək, sionist rejimin regionda müharibə qızışdırmasının qarşısının alınması üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Misir prezidenti, İranın diplomatik səylərini alqışlayıb.

Onlar, həmçinin Livan və Suriya xalqlarının əzab və iztirablarına son qoymaq və sionist rejimin müharibə və təcavüzünün genişlənməsinin qarşısını almaq üçün ikitərəfli və beynəlxalq səviyyələrdə məsləhətləşmələrin və koordinasiyanın gücləndirilməsinə çağırıblar.

Əraqçi, bu gün səhər misirli həmkarı ilə ayrıca görüş keçirib və onunla Qəzzə və Livandakı müharibələrlə bağlı fikir mübadiləsi aparıb.

Hər iki diplomat hərbi əməliyyatların dayandırılması və sabitliyin bərpası üçün birgə səylərin zəruriliyini bir daha təsdiqləyib.

Teqlər