Əraqçi: İsrailin axmaqlığına görə Amerika məsuliyyət daşıyacaq
https://azeri.sahartv.ir/news/İran-i415430-Əraqçi_İsrailin_axmaqlığına_görə_amerika_məsuliyyət_daşıyacaq
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ prezidenti Co Baydenin Berlin səfərinin sonunda verdiyi son açıqlamasının nəticələri barədə xəbərdarlıq edib.
(last modified 2024-10-19T07:23:24+00:00 )
Okt 19, 2024 11:18 Asia/Baku
  • Əraqçi: İsrailin axmaqlığına görə Amerika məsuliyyət daşıyacaq

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ prezidenti Co Baydenin Berlin səfərinin sonunda verdiyi son açıqlamasının nəticələri barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi xəbərə görə, Əraqçi X sosial şəbəkəsində etdiyi paylaşımında ​​Amerika prezidentinin bu yaxınlarda verdiyi müsahibəyə toxunaraq yazıb: “Kimin İsrailin İrana nə vaxt və necə hücum etdiyi barədə məlumatı və biliyi varsa, yaxud onun axmaqlığı üçün avadanlıq və dəstək verərsə, məntiqlə hər hansı bir potensial zərər üçün məsuliyyət daşıyacaqdır”.

Qeyd edək ki, cənab Əraqçi Baydenin Berlin səfərinin sonunda jurnalistlərə verdiyi müsahibədə İsrailin İranın raket hücumlarına necə və nə vaxt cavab verəcəyini bildiyini açıqlamasının ardınca bu paylaşımı edib.