Okt 19, 2024 19:14 Asia/Baku

İran xarici işlər naziri İstanbuldakı məsləhətləşmələrinin davamında türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

İranın xarici işlər naziri Seyid Abbas İraqçi şənbə günü İstanbulda 3+3 formatı çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb və danışıqlar aparıb.

Bu görüşdə İran və Türkiyə xarici işlər nazirləri əlaqələrin inkişafı və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq səviyyəsinin artırılması ilə bağlı müzakirələr aparıblar. 

Həmçinin regionda baş verən ən mühüm məsələlər və hadisələr, o cümlədən sionist rejimin Qəzzə və Livandakı cinayətləri və hücumları müzakirə edilib.

Seyid Abbas İraqçi Qafqaz Regional Əməkdaşlıq Mexanizmi toplantısında iştirak edən ölkələrin xarici işlər nazirləri ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teqlər