Okt 23, 2024 14:41 Asia/Baku
  • Rəsmi Tehran xunta rejiminə xəbərdarlıq edir

Pezeşkiyan: İsrail İrana qarşı səhvə yol verərsə, qətiyyətli cavab alacaq

İran İslam Respublikasının prezidenti Rusiyaya səfəri çərçivəsində bu gün Efiopiya Federativ Demokratik Respublikasının baş naziri Abi Əhməd ilə görüşüb.

Məsud Pezeşkiyan bu görüşdə Qərb dövlətlərinin dəstəyi ilə sionist rejimin öz cinayətlərini davam etdirməsinə toxunaraq bildirib ki, əgər sionist rejim İran İslam Respublikasına qarşı hansıa bir hərəkətə keçsə, qəti və ağlasığmaz cavab alacaqdır.

Prezident vurğulayıb: “Biz regionda qarşıdurma və gərginliyi yaymaq fikrində deyilik və sülh və əmin-amanlıq istiqamətində hər hansı bir təşəbbüsü alqışlayırıq, lakin sionist rejimin hərəkətləri tam olaraq bütün bölgəni alovlandırmaq məqsədi ilə həyata keçirilir. Odur ki, işğalçı rejimə digər ölkələrin, xüsusən də qərblilərin nəzarət etməsi lazımdır”.

Efiopiyanın baş naziri Abi Əhməd də bu görüşdə İranın güclü və müstəqil ölkə olduğunu bildirərək, hazırkı qlobal və regional strukturların qeyri-bərabər olduğuna diqqət çəkib. O deyib ki, BRİKS kimi qurumlar bu bərabərsizliklərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.

 

Teqlər