Okt 23, 2024 19:28 Asia/Baku
  • Pezeşkian BRİKS ölkələri arasında iqtisadi əlaqələrin artırılmasını vurğulayıb

İran İslam Respublikası prezidenti BRİKS-ə üzv ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin artırılmasının vacibliyini vurğulayıb.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian çərşənbə günü Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitində çıxışı zamanı BRİKS-in siyasi proseslərdə və dünyanın gələcək hadisələrində xüsusi rolunu vurğulayaraq, üzv dövlətlərin başçılarını özlərinin növbəti il üçün planlarında iqtisadi-maliyyə məsələlərinə üstünlük verməyə, iqtisadi və ticarət əməkdaşlığının sürətini artırmağa və BRİKS imkanlarından istifadəyə çağırıb. 

Pezeşkian davamında Qərbin müstəqil və azadlıq istəyən ölkələrə qarşı strategiyası kimi "iqtisadi sanksiyaları” pisləyərək, deyib: "Qeyri-qanuni sanksiyalara qarşı mübarizə kollektiv fəaliyyət və birgə mexanizmlər tələb edir".

İran İslam Respublikasının prezidenti həmçinin dolları beynəlxalq mübadilələrdən çıxarmağa bildirib ki, BRİKS indiyə qədər milli valyutalar vasitəsilə mübadilələri artırmaqla dolların gücünü azaltmağa çalışıb və bu səylər rəqəmsal valyutaların işə salınması və istifadəsi və menecerlər kimi yeni maliyyə mexanizmlərinin və texnologiyalarının istifadəsi üçün şərait yaratmaqla yanaşı, BRİKS-in əsas məqsədlərinə uyğundur. 

Pezeşkian Qərbin başqa ölkələrin yeni elm və texnologiyalara çıxışına mane olmasını tənqid edərək, yeni texnologiyalara nail olmaq üçün əməkdaşlığa, informasiya mübadiləsinə və birgə investisiyalara çağırıb.

İran İslam Respublikası prezidenti vurğulayıb: "BRİKS-in təsis etdiyi qurumlardan biri olan Yeni İnkişaf Bankını gücləndirmək lazımdır ki, o, yeni üzvlərin qəbulu və kapitalın artırılması yolu ilə bu ölkələrdə infrastrukturun inkişafına dəstək verə bilsin. İ

Pezeşkian əlavə edib: "İran İslam Respublikası müxtəlif sahələrdə böyük potensiala malikdir və öz strateji mövqeyi sayəsində bir sıra beynəlxalq nəqliyyat dəhlizləri, enerji və ticarət mallarının daşınması istiqamətində konstruktiv əməkdaşlığı inkişaf etdirə bilər". 

Onu da qeyd edək ki, prezident Pezeşkian BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

İran və Rusiya prezidentləri çoxqütblü dünyanın formalaşmasının və ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Prezident Pezeşkian, həmçinin misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə də görüşüb.

Teqlər