Okt 24, 2024 13:58 Asia/Baku
  • Pezeşkiyan: Amerikan totalitarizminə son qoymaq lazımdır

İran İslam Respublikasının prezidenti Kazan şəhərində keçirilən BRİKS liderlərinin iki günlük sammiti çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb.

Məsud Pezeşkiyan bu görüşdə deyib: “Hesab edirəm ki, sizinlə münasibətimiz strateji münasibətlərdir. Bu, Rusiya üçün olduğu kimi, bizim üçün də mütləq faydalıdır. Sizin dəstəyinizlə daimi üzvü olduğumuz BRİKS çərçivəsində də konstruktiv qarşılıqlı fəaliyyətimiz ola bilər. Biz bu prosesi mütləq güclü şəkildə davam etdirəcəyik”.

İran hökumətinin başçısı bildirib: “Ümid edirik ki, Amerikanın sizə və bizə qarşı tətbiq etdiyi sanksiyaları, dünyada həyata keçirdiyi totalitarizm prosesini poza biləcəyik”.

Rusiya Prezidenti də bu görüşdə Rusiya və İranın beynəlxalq və regional məsələlərə yanaşmalarının eyni və ya yaxın olduğunu bəyan edərək deyib: “Biz ədalətli və çoxqütblü dünya sisteminin formalaşmasına və Birləşmiş Millətlər Təşkilatının əsas rolunu qoruyub saxlamağa çalışırıq”.

Vladimr Putin əlavə edib: “Mənim salamlarımı və ən xoş arzularımı Ayətullah Xameneiyə çatdırmağınızı xahiş edirəm. Biz onun konstruktiv mövqelərini yüksək qiymətləndiririk”.

 

Teqlər