Okt 26, 2024 17:21 Asia/Baku
  • Sionist rejim mediaları İrana qarşı hava hücumunu şişirdiblər

Sionist rejim İrandakı iyirmi nöqtəyə hücum iddiası ilə çıxış edir.

Belə bir halda, bu rejimin media əməliyyatının həcmi onun hərbi əməliyyatının həcmindən olduqca böyükdür.

Sionist rejim iddia edibdir ki, şənbə günü səhər saatlarında İrandakı iyirmi nöqtəni hədəfə alıb, halbuki indiyə kimi bu iddiadan heç bir əlamət görünməyibdir.

Belə bir halda, sionistlərin bir çoxu İsrail rejiminin İrana cavabını çox zəif və məyusedici adlandırıb.

İsrail rejiminin İrandakı hədəflərə qarşı hücumunun məhdud olmasını tənqid edən bu rejimin sabiq baş naziri Yair Lapid deyibdir ki: İrandakı iqtisadi və strateji hədəflərə hücum etməmək qərarı yanlış qərar idi.

Fələstin himayədarı olan aktivist, fransalı idmançı Emili Qumi öz sosial şəbəkə hesabında «İsrailin İrana qarşı hücumu» və hücum zamanı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gizlənməsi mövzusunda bir karikatura yayıb və belə yazıb: Səbr et və gör.

Sionist rejimin özünün İrana qarşı məhdud və uğursuz hücumunu şişirtməyə can atdığı bir halda, analitiklərin bir çoxu bu qənaətdədir ki, həmin rejimin bu gün səhər saatlarında etdiyi hücum, İranın «Doğru Vəd-2» əməliyyatı ilə müqayisə edilə bilməz. Belə ki,  İranın «Doğru Vəd-2» əməliyyatında İsrailin hərbi və təhlükəsizlik obyektlərinə tərəf azı 180 ballistik raket atıldı və «Vaşinqton Post» qəzetinin bildirdiyinə əsasən, «Nevatim» hava bazasına azı iyirmi, işğal olunmuş Fələstin ərazilərinin mərkəzində yerləşən «Təl-Nuf» bazasına da üç raket dəydi.