İraqçı: Avropa riyakarlıq simvoludur
Seyid Abbas İraqçı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin «Tondər» terror qruplaşmasının başçısı Cəmşid Şarməhdin edam olunmasından sonrakı müdaxilə mahiyyətli sözlərinə cavab verib. Bildirib ki, Avropa riyakarlıq simvoludur.
SəhərAzəri-nin məlumatına əsasən, İran xarici işlər naziri Seyid Abbas İraqçı «X» platformasındakı şəxsi səhifəsində Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə reaksiyada belə yazıb: Cənab Borrel, sizin «insanın həyatı və ləyaqəti himayə olunmalıdır» deməyinizə inanmaq istəyirəm. Lakin məsələ burasındadır ki, sizin Avropadakı həmkarlarınız əsla həya etmədən Livandakı qırğını və Qəzzədəki soyqırımı himayə edirlər.
İraqçı Borreldən soruşub: Qəzzədə əlli mindən çox fələstinliyə qarşı qırğına son qoymaq üçün Avropa Birliyi tərəfindən tədbirlərin görülməsi barədə bir fikriniz yoxdur? Livanda 1,5 milyon mühacirin didərginliyinə son qoymaq və onların öz evlərinə geri dönmələri üçün Avropa Birliyi tərəfindən tədbirlərin görülməsi barədə necə?
Yaxud da Cəmşid Şarməhd tərəfindən öldürülmüş insanların ailələrinin himayə olunmaları üçün Avropa Birliyi tərəfindən tədbirlərin görülməsi barədə nə deyə bilərsiz? Əgər cavabınız yoxdursa, demək lazımdır ki, Avropa yalnız riyakarlıq simvoludur- deyə, İran xarici işlər naziri vurğulayıb.
Tehran prokurorluğu dünən axşam yaydığı bəyanatda muzdur və terrorçu «Tondər» qruplaşmasının başçısı Cəmşid Şarməhdə qarşı edam hökmünün icra olunduğunu xəbər verdi. Bildirdi ki, o, qərbli, amerikalı və uşaq qatili olan sionist İsrail rejiminin casusluq təşkilatlarındakı şeflərinin göstərişləri ilə illər boyu İran əleyhinə xeyli sayda terror əməliyatı işləyib hazırlamışdı.
Bu məlumata əsasən, həmin hərəkətlərdən Şiraz şəhərindəki Seyyidüşşühəda ələyhissəlam hüseyniyyəsinə bomba qoyulması və oranın partladılmasına işarə etmək olar. Həmin terror aktı iki yüz nəfərdən çox iranlının şəhid olması və yaralanmasına gətirib çıxardı.