İrandan ABŞ-a xəbərdarlıq:
Uğursuz Maksimum Təzyiq siyasətini təkrarlamayın
İran İslam Respublikasının xarici işlər naziri ABŞ rəsmilərinə Vaşinqtonun uğursuz siyasətlərinin, o cümlədən “maksimum təzyiq" siyasətinin təkrarlanması ilə bağlı xəbərdarlıq edib.
Seyid Abbas İraqçi X sosial platformasindakı səhifəsində yazıb: "Maksimum Təzyiqin birinci versiyası Maksimum Müqavimətlə üzləşdi və ABŞ üçün Maksimum Məğlubiyyətlə başa çatdı. Sübut istəyirsiz? Bir misal: Sadəcə olaraq İranın sülhməramlı nüvə proqramının “Maksimum Təzyiq” siyasətindən əvvəl və sonrakı vəziyyətini müqayisə edin”.
İraqçi ABŞ rəsmilərinə tösiyə edib ki, maksimum rasionallıq ideyasını sınaqdan keçirsinlər, çünki bu hamının xeyrinədir.
İranın xarici işlər naziri davamında yazıb: "Maksimum Təzyiq"in ikinci versiyası yalnız "Maksimum Məğlubiyyət"in ikinci versiyası ilə nəticələnəcək. Daha yaxşı fikir: Maksimum rasionallığı sınayın, çünki hamının xeyrinə".