Şimal-Cənub Tranzit Koridoru müzakirə olunub
İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars Körfəzinin sahilində İranın ən böyük limanı olan Bəndər-Abbasa qədər dəmir yolu inşasını müzakirə edirlər.
TASS Xəbər Agnetliyinin məlumatına əsasən, bu barədə İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali bildirib.
Səfir deyib: “Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər”.
Bundan bir qədər əvvəl İran prezidenti Məsud Pezeşkiyan qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.