İran Avropa və İngiltərənin ziddiyyətli davranışını qınadı
Əraqçi: Onlar insan haqları qarşısında məsuliyyətdən boyun qaçırırlar
İranın xarici işlər naziri bu ölkənin hava yolları və gəmiçilik xətlərinə qarşı heç bir sənəd təqdim etmədən qoyulan sanksiyaları qınayıb.
Seyid Abbas Əraqçi X kanalında yazıb: “Avropa İttifaqı və İngiltərənin ziddiyyətli davranışı onların ikili standartlarını və insan hüquqlarına görə məsuliyyətdən boyun qaçırdığını göstərir. Onlar İranı heç bir sənəd təqdim etmədən Rusiyaya ballistik raketlər verməkdə ittiham edib, bizim aviaşirkət və gəmiçilik xətlərimizə sanksiya tətbiq ediblər”.
Xarici İşlər naziri əlavə edib ki, eyni zamanda, məhkəməyə təqdim olunan sənədlərə əsasən, İngiltərə mediası bu gün ifşa edib ki, İngiltərə onun silahları və F-35 hissələrinin İsrail tərəfindən beynəlxalq humanitar qanunları ciddi şəkildə pozaraq istifadə edildiyini tam bildiyi halda bu silahları ixrac etməyə davam edir.
Əraqçi yazıb: “İngiltərənin əsaslandırması nədir? Amerika və NATO ilə əlaqələri saxlamaq! Bu ziddiyyətli davranış onların ikili standartlarını və insan haqlarından imtina etdiyini ortaya qoyur”.