Noy 20, 2024 15:14 Asia/Baku
  • İngiltərənin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

İngiltərənin Tehrandakı müvəqqəti işlər vəkili ölkəsinin İran İslam Respublikasının Gəmiçilik Şirkətinə qarşı sanksiya tətbiq etməsinə etiraz olaraq, İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İngiltərənin İrandan Rusiyaya ballistik raketlər göndərilməsi bəhanəsi ilə İranın bir sıra fiziki və hüquqi şəxslərinə, o cümlədən İran İslam Respublikası Gəmiçilik Şirkəti və Iran Air şirkətlərinə qarşı qeyri-qanuni sanksiyaların tətbiqindən sonra İngiltərənin Tehrandakı səfir olmadığı halda müvəqqəti işlər vəkili 19 noyabr 2024-cü il çərşənbə axşamı gecə İran Xarici İşlər Nazirliyinə çağırılıb və İngiltərə hökumətinin bu qanunsuz və əsassız hərəkətinə İranın kəskin etirazı ona çatdırılıb 

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktorunun köməkçisi İngiltərənin bu hərəkətini pisləyərək, bunu beynəlxalq hüquqa zidd, gəmiçilik və dəniz ticarəti azadlığı prinsipini pozan addım hesab edib.

Abbas Nadiri Ukrayna prezidentinin özünün də yalan olduğunu etiraf etdiyi İranın Rusiyaya ballistik raketlər göndərməsi iddiasını rədd edərək, deyib: "İran İslam Respublikasının müdafiə və təhlükəsizlik sahəsində digər ölkələrlə qanuni və leqal əməkdaşlığı heç bir üçüncü tərəfə qarşı deyil və bəzi Avropa ölkələrinin, o cümlədən İngiltərənin İranın digər ölkələrlə müdafiə sahəsində əməkdaşlığına qeyri-qanuni müdaxiləsi heç bir halda qəbul ediləsi deyil. 

Baş direktorun Qərbi Avropa məsələləri üzrə köməkçisi qeyd edib ki, İran İslam Respublikası beynəlxalq standartları pozan bu məntiqsiz davranışları cavabsız qoymur. Aydındır ki, İngiltərə hökuməti bu cür qarşıdurma xarakterli və əsassız davranışın nəticələrinə görə məsuliyyət daşıyır. 

Öz növbəsində İngiltərənin müvəqqəti işlər vəkili Londona bu mövqe barədə ən qısa zamanda məlumat verəcəyini bildirib.