Noy 14, 2024 18:04 Asia/Baku
  • Taxti Rəvançi Ər-Riyadda Çinin xarici işlər nazirinin müavini ilə görüşüb

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxti Rəvançi Ər-Riyadda Çinin xarici işlər nazirinin müavini Dinq Li ilə görüşüb.

İran, Çin və Səudiyyə Ərəbistanı arasında ikinci üçtərəfli görüşdə iştirak etmək üçün Ər-Riyada səfərdə olan İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxti Rəvançi noyabrın 19-da Çinin xarici işlər nazirinin müavini Denq Li ilə görüşüb.

Taxti Rəvançi bu görüşdə Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammiti çərçivəsində iki ölkə prezidentlərinin son görüşünə toxunub və liderlərin iki ölkə arasımda hərtərəfli strateji tərəfdaşlığı dərinləşdirilməsi, mövcud razılaşmaları həyata keçirilməsi və ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə davamlı məsləhətləşmələrin aparılması  barədə razılığa gəlmələrini mühüm dəyərləndirib. 

Çinin xarici işlər nazirinin müavini Denq Li də bu görüşdə iki tərəfin məqsədinin liderlərin konsensusu əsasında əməkdaşlığı genişləndirmək olduğunu, Çinin iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün 2025-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi də daxil olmaqla, bütün ikitərəfli və çoxtərəfli imkanlardan istifadə etməyə hazır olduğunu bildirib.

Tərəflər həmçinin son regional və beynəlxalq hadisələr və ortaq maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.