"İran xalqı dostlarının çətin günlərini unutmur "
https://azeri.sahartv.ir/news/İran-i416527-İran_xalqı_dostlarının_çətin_günlərini_unutmur
Suriyaya səfər edən İran XİN başçısı Əraqçi müxbirin suallarını cavablandırıb
(last modified 2024-12-01T07:40:30+00:00 )
Dek 01, 2024 11:38 Asia/Baku

Suriyaya səfər edən İran XİN başçısı Əraqçi müxbirin suallarını cavablandırıb

Müxbir Hava limanında Suriyaya səfər edən İran XİN başçısı Əraqçidən soruşub:

- "Bu şəraitdə niyə Suriyaya getmək istəyirsiniz?"

Nazir sadə və səlis şəkildə deyib:“Səkkiz illik Müqəddəs Müdafiədə Suriyanın siyasi və diplomatik dəstəyinin qarşılığı olaraq bunu edirəm. Bu səfər İran xalqı dostlarının çətin günlərini unutmayacağını göstərmək üçündür”.

Müxbir Əraqçidən soruşub ki, bəs belə bir xüsusi şəraitdə Suriyaya səyahət etməyin mesajı nədir?

Əraqçi belə cavab verib:"Biz qonşularımıza və ümumilikdə regiona İranın əzm və iradəsini göstəririk. Biz sərhədlərdə istənilən dəyişikliyə, xarici müdaxiləyə və işğala, terrorun genişlənməsinə, milli hökumətlərin əleyhinə zorakılığa və xalqa edilən təcavüzə qarşı çıxacağıq"