Pezeşkiyan zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsi barədə göstəriş verib
Dek 06, 2024 14:22 Asia/Baku
İran prezidenti Xuzistan valisi ilə telefon söhbətində Məscidi-Süleyman rayonunda zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsinə təkid edib.
Doktor Məsud Pezeşkiyan bu telefon əlaqəsində zəlzələdən zərər çəkmiş bölgələrə, xüsusən də Məscidi-Süleyman rayonunun Qolgir bölgəsinə dəymiş xəsarətləri, həmçinin zərəçəkənlərə baxılması və onların müvəqqəti məskunlaşdırılmaları prosesini təqib edib.
Ölkə prezidenti habelə zəlzələdən zərərçəkənlərə xidmətin sürətləndirilməsi barədə lazımi göstərişlər verib.
Məscidi-Süleyman rayonunda baş verən bu yeraltı təkan nəticəsində iyirmi doqquz nəfər bədən xəsarəti alıb. Zəlzələ həmçinin bir neçə mənzilə xəsarətin dəyməsinə bais olub.