İran prezidenti türkiyəli həmkarı ilə görüşdə:
Suriyanın ərazi bütövlüyünün pozulması əsla qəbulediləsi deyil
İran prezidenti öz türkiyəli həmkarı ilə görüşdə son Suriya olaylarına toxunub və bu ölkənin ərazi bütövlüyünün qorunması vacibliyini vurğulayıb. Bildirib ki, Suriyadakı olaylar bu ölkənin ərazi bütövlüyünün qorunması ilə yanaşı olmalıdır.
Məsud Pezeşkiyan dünən axşam D-8 təşkilatının on birinci sammitinin kənarında Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanla görüşdə son Suriya olaylarına toxunub və bu ölkənin ərazi bütövlüyünün qorunması vacibliyini vurğulayıb. Bildirib ki, Suriyadakı olaylar bu ölkənin ərazi bütövlüyünün qorunması ilə yanaşı olmalıdır.
Suriyanın ərazi bütövlüyünə azacıq da olsa belə, xələlin gəlməsi əsla qəbulediləsi deyildir- deyə, İran prezidenti vurğulayıb.
İran prezidenti qeyd edibdir ki: İslami ölkələr sionist rejimin regiondakı cinayətkarlığı və təcavüzkarlığı qarşısındakı məsuliyyətlərini yerinə yetirməlidirlər.
Pezeşkiyan söhbətinin digər bir hissəsində iki ölkənin yaxşı əlaqələrinə və İran-Türkiyə birgə iqtisadi əməkdaşlıq komissiyasının son iclasına toxunub.
İranın iki ölkənin strateji əlaqələr üzrə ali şurasının növbəti iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirən Pezeşkiyan bildiribdir ki: Əldə olunmuş razılaşmaların icrası və iki ölkə mübadilələri üçün təyin edilmiş hədlərin reallaşmasını gözləyirik.
İran prezidenti söyləyib: İslami ölkələr böyük imkanlara malikdirlər. Müştərək maliyyə mexanizminin, o sıradan vahid valyutanın yaradılması, həmçinin bərabərləşmə ödəniş mübadilələrinin fəallaşdırılması təqdirində onlar geniş iqtisadi əməkdaşlığı formalaşdıra bilərlər. Bu sahədə İran İslam Respublikası və Türkiyə mühüm rol oynaya bilərlər.
Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan da öz növbəsində Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını ölkəsi üçün mühüm adlandırıb. Ümidvarlıq edib ki, iki ölkənin həmkarlığı ilə Suriyada sabitlik və təhlükəsizlik tez bir zamanda bərqərar olacaq.
Türkiyə prezidenti həmçinin Livanda atəşkəsin bərqərarına dəstək elan etməklə yanaşı, İsrail rejiminin Suriyaya hücumlarının durdurulması və Qəzzədə atəşkəs zərurətinə təkid edib.
Rəcəb Tayyıp Ərdoğan İranla Türkiyə arasındakı həmkarlıqların gücləndirilməsi və genişləndirilməsini region sabitliyi üçün mühüm və önəmli adlandırıb. Ümidvarlıq edib ki, iki ölkənin strateji əməkdaşlıq üzrə ali şurasının iclası gələn milad ilində keçiriləcək.
Prezidentlər həmçinin iki tərəf arasındakı məsələlərin həlli və iki ölkə arasında əldə olunmuş ticarət razılaşmalarının icrasının sürətləndirilməsinə təkid ediblər.