Dek 20, 2024 14:30 Asia/Baku
  • İran və Misir prezidentləri əlaqələrin tam şəkildə reallaşacağına ümid ediblər

İki ölkə əlaqələrindəki son müsbət addımlar və hərəkətləri nəzərdən keçirən İran və Misir prezidentləri bu addımların əlaqələrin tam şəkildə reallaşacağına qədər davam edəcəyinə ümid ediblər.

Məsud Pezeşkiyan D-8 təşkilatının on birinci sammitinin kənarında Misir prezidenti Əbdülfəttah Əssisi ilə görüşdə bu iclasın çox yaxşı keçirilməsi və ev sahibliyi edilməsinə görə təşəkkür edib.

Pezeşkiyan D-8 təşkilatı və İslam Əməkdaşlığı Təşkilatı da daxil olmaqla regional və beynəlxalq müahidələr çərçivəsində islami ölkələrin imkan və bacarıqlarının paylaşılmasını son dərəcə önəmli adlandırıb.

İran prezidenti sonra islami ölkələr arasındakı birliyin gücləndirilməsini İslam Ümmətinin bugünkü əz zəruri ehtiyacı adlandırıb və belə söyləyib: Bütün islami ölkələr İslam Dünyasında anlaşma və dialoqun genişləndirilməsi üçün öz payları qədər səy göstərməli və mövcud ixtilaflara üstün gəlməlidirlər, zira, məhz bu ixtilaflar əcnəbilərin müdaxilələrinə zəmin yaradırlar.

Pezeşkiyan həmçinin iki ölkə arasındakı dialoqun davam etdirilməsi və iqtisadi əməkdaşlıqların gücləndirilməsi zərurətini vurğulayıb.

Misir prezidenti Əbdülfəttah Əssisi də öz növbəsində bildiribdir ki, region son zamanlar Qəzzə, Livan və Suriyada baş verən hadisələr üzündən əsaslı təhdidlərə düçar olub. O, sionist rejimin Suriyadakı son təcavüzlərini misli görünməmiş bir hadisə adlandırıb. Qeyd edib ki, Misirin Suriya hadisələri qarşısındakı mövqeyi bu ölkədə əhatəli bir hökumətin formalaşmasıdır.

İki ölkə prezidentləri bu görüşdə həmçinin iki ölkə əlaqələrindəki son müsbət addım və hərəkətləri nəzərdən keçirib və bu addımların əlaqələrin tam şəkildə reallaşacağına qədər davam edəcəyinə ümid ediblər.