Vilayəti Türkiyəyə xəbərdarlıq mesajı verdi: "Biz sizin kimi deyilik"-dedi
https://azeri.sahartv.ir/news/İran-i417102-vilayəti_türkiyəyə_xəbərdarlıq_mesajı_verdi_biz_sizin_kimi_deyilik_dedi
İnqilab Rəhbərinin Ali müşaviri Əli Əkbər Vilayəti "Keyhan" qəzetində məqalə dərc edərək Türkiyəyə kəskin xəbrdarlıq mesajı verib
(last modified 2024-12-26T11:53:00+00:00 )
Dek 26, 2024 15:50 Asia/Baku
  • Vilayəti Türkiyəyə xəbərdarlıq mesajı verdi:

İnqilab Rəhbərinin Ali müşaviri Əli Əkbər Vilayəti "Keyhan" qəzetində məqalə dərc edərək Türkiyəyə kəskin xəbrdarlıq mesajı verib

"Son bir neçə gün ərzində bəzi türk rəsmiləri öz ağıllarınca İran İslam Respublikasına gözlənilməz və təəssüf doğuran çıxışlarla tövsiyə verməyə qalxıblar

"Cəsarətli hərəkətlərinizlə sionistləri qəzəbləndirməməyə diqqət edin!!"-deyən Türkiyə hökumətinə və bölgədəki bəzi digər dövlətlərə isə bizim cavabımız budur:

"Qüdrətli İranı özünüzlə müqayisə etməyin və heç vaxt gözləməyin ki, İran İslam Respublikası sizin kimi saxta və cinayətkar İsrail rejimi ilə güzəştə getmiş olsun.Mən Türkiyə hakimiyyətinə sifariş edirəm ki, İrana güzəştə getməyi tövsiyə etmək əvəzinə, getdiyi yoldan geri dönsün.

Türkiyə kimi on milyonlarla müsəlman xalqı olan bir ölkəyə yaraşmaz ki, gələcəkdə İslam dünyası və regionun müsəlman xalqları ilə yoldaşlıq etmək və onlarla bir araya gəlmək əvəzinə,barbar və uşaq qatili sionist rejimlə əlbirliyi yolunu tutsun.