Yan 01, 2025 15:36 Asia/Baku
  • İran ABŞ və İngiltərənin Yəmənə hücumlarını kəskin pisləyib

İran İslam Respublikası Amerika və İngiltərənin Yəmənin paytaxtı Sənaya hücumlarını kəskin şəkildə pisləyib.

İran Xarici İşlər Nazirliyinin Fars Körfəzi şöbəsinin baş direktoru və nazir köməkçisi Məhəmməd Əlibəy ABŞ və İngiltərənin Sənanın müxtəlif bölgələrinə genişmiqyaslı hücumlarını qətiyyətlə pisləyib və bu cür hərəkətləri sionist rejimin Qəzzədə cinayətlərinin davam etdirilməsinin dəstəklənməsi kimi qiymətləndirib.  

Məhəmməd Əlibəy deyib: "ABŞ və İngiltərənin Yəmən ərazisinə təkrar hərbi təcavüzü beynəlxalq qanunların və BMT Nizamnaməsinin açıq-aşkar pozulması və Yəmənin milli suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzdür".  

İran Xarici İşlər Nazirliyinin Fars Körfəzi şöbəsinin baş direktoru Qərbi Asiya regionundakı bütün münaqişə və hücumların kökünü sionist rejimin Qəzzədə soyqırım siyasətinin davamı hesab edib və bir daha bu rejimin müharibəni alovlandırması və qızışdırmasının regional və beynəlxalq sülh və təhlükəsizlik üçün mənfi nəticələri barədə xəbərdarlıq edib. 

O, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın Yəmən ərazisinə avantürist və təcavüzkar hücumlarının davam etdirilməsinin regionda sabitliyi pozmaq və Yəmən böhranında iştirak edən qruplar və ölkələr arasında sülh və barışıq prosesini zəiflətmək məqsədi daşıdığını və regionda təhlükəli nəticələrə və gözlənilməz şəraitə görə birbaşa ABŞ və İngiltərənin məsuliyyət daşıdığını bildirib.