İran ABŞ-dakı terror hücumunu pisləyib
İran ABŞ-dakı terror hücumunu pisləyib İran Xarici İşlər Nazirliyinin sözçüsü İŞİD-ə mənsub ünsürün Amerikanın Nyu-Orlean şəhərində törətdiyi terror hücumunu pisləyib.
Müxbirlərin sualını cavablandıran İsmayıl Bəqayi İran İslam Respublikasının hər bir şəxs, qrup və ya dövlət tərəfindən və hər bir yerdə törədilən terrorizmin bütün formaları və təzahürlərini pislədiyini bildirib. O, İŞİD-ə mənsub ünsürün/ bir qrup insanın ölməsi və yaralanması ilə nəticələnən Amerikanın Nyu-Orlean şəhərində avtomobillə insanlara qarşı terror aktını pisləyib və həlak olanların ailələrinə empatiya ifadə edib.
Yerli vaxtla çərşənbə günü bir silahlı sürücü kirayə götürdüyü yük maşını ilə Amerikanın Luiziana ştatının Nyu-Orlean şəhərində yeni milad ilini bayram etməkdə olan bir qrup insanın üzərinə çıxıb və sonra atəş açmağa başlayıb.
Amerika rəsmiləri bu hücumu terror aktı adlandırıb və bildiriblər ki, həmin hücum nəticəsində azı 15 nəfər ölüb, 30-dan çox insan da yaralanıbdır.