Yan 08, 2025 18:49 Asia/Baku
  • İran və İraqin Suriya ilə bağli ortaq narahatliqlari var

İran prezidenti Məsud Pezeşkian İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə birgə mətbuat konfransında deyib: “Ümid edirik ki, bu səfər və tərəflər arasında mövcud olan yaxşı etimad fonunda ikitərəfli əməkdaşlığın inkişafı prosesi daha da sürətlənəcək və iki ölkənin yaxınlaşması istiqamətində təsirli addımlar atılacaq.”

Pezeşkian əlavə edib: “İraq mühüm qonşu ölkə və İranın strateji tərəfdaşıdır. İki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə davam etməsi və müxtəlif səviyyələrdə ikitərəfli əməkdaşlığın miqyasının günü-gündən genişlənməsi sevindirici haldır.

İraq terrorizmdən qurtulduqdan sonra, xüsusilə qardaşım Əs-Sudaninin vəzifəyə gəlməsi ilə yaxşı inkişaf və tərəqqi dövrünü yaşayır. İnşallah bu yol davam edəcək” - deyə, doktor Pezeşkian vurğulayıb.

İran Prezidenti daha sonra deyib: “Hər iki ölkənin Suriyadakı hazırkı hadisələrlə bağlı ortaq narahatlıqları var. Suriyanın sabitlik və təhlükəsizliyi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması, terrorçu qrupların fəaliyyətləri ilə mübarizəsi, sionist rejimin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyi, dini həssaslıqlara, xüsusən də şiələrə aid mübarək məkanlarına diqqət yetirmək də bu narahatlıqlar arasındadır”.:

İraqın Baş naziri də öz növbəsində səmimi qəbul və qonaqpərvərliyə görə İran prezidentinə təşəkkür edib və deyib: “Bu gün biz mövcud vəziyyət və hadisələr kimi mühüm regional və beynəlxalq məsələləri müzakirə etdik. İraq Qəzzədə və fələstinlilərə qarşı baş verən hərbi cinayətləri və kütləvi qətlləri pisləyir. Məzlum Qəzzə əhalisinin məqsədyönlü şəkildə qətliam edildiyini görürük. Beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərinin qarşısını ala bilməyib. Eyni zamanda, bu cinayətlər regionun və dünyanın təhlükəsizliyini və sülhünü təhdid edir.”

İraqın Baş naziri əlavə edib: “Bu bölgədə sülh və sabitliyin yeganə yolu Qəzzədə dağıdıcı müharibəni dayandırmaq və Fələstin xalqının azad dövlət əsasında öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsidir. Həmçinin İraqın Livanda sülhün və atəşkəsin davam etdirilməsinə dair mövqeyi qətidir.”