Yan 09, 2025 18:39 Asia/Baku

Yanvarın 7-i İranla Azərbaycan arasında sərhədin sıfır nöqtəsində yerləşən Astara quru sərhədinə səfərində general Qasim Rzayi iki ölkə arasında dostluq münasibərlətinə toxunaraq jurnalistlərə açıqlama verib.

"İki qonşu ölkə, İran İslam Respublikası və Azərbaycan Respublikasının sərhədləri dostluq, mehribanlıq və qardaşlıq sərhədləridir və bu sərhədlərin hər iki tərəfində əməkdaşlıq hökm sürür"-deyə general vurğulayıb

"Biz düşmənin fitnəsi ilə bu dostluq və mehribanlığın pozulmasına imkan verməyəcəyik"-deyə sözünə davam edən general Rzayi əlavə edib ki, İslam məmləkəti İranın qonşu ölkə Azərbaycanla mədəni və sosial sahələr kimi, bir çox məsələlərdə müştərək və ortaq cəhətləri var.

"Bizim dilimiz və mədəniyyətimizin də çoxlu ümumi cəhətləri var"-deyərək ölkələr arasına münasibətlərə işarə edən general Rzayi daha sonra qeyd edib ki, İran və Azərbaycan Respublikası arasında ixrac yük maşınlarının hərəkəti üçün çoxsaylı sərhəd terminalları və körpülər, eləcə də sərnişin quru sərhədləri mövcuddur və münasibətləri asanlaşdırmaq, həmçinin xidmət keyfiyyətini yüksəltmək üçün hər zaman koordinasiyalı şəkildə səylər göstərilib. Zəruri hallarda iki ölkənin sərhədçiləri qarşılıqlı müzakirələr aparır.

O, daha sonra son tranzit əlaqələrinin statistik göstəricisinə də toxunub." Gilan vilayətinin şimal-qərbindəki Astara quru sərhədindən hər gün 230-a yaxın yük maşını qonşu Azərbaycana keçir və ölkəmiz bu rəqəmi artırmaq imkanına malikdir"-deyə general Qasim Rzayi əlavə edib.

Teqlər