Pezeşkian:
İran dünya və regionda gərginliyin azaldılması və sülhün tərəfdarıdır
İran İslam Respublikası prezidenti deyib: "İran dünya və regionda gərginliyin azaldılması və sülhün tərəfdarıdır".
Məsud Pezeşkian çərşənbə axşamı ABŞ-ın NBC News telekanalına müsahibəsində sionist rejimin Qəzz' zolağında günahsız Fələstin xalqına qarşı törətdiyi soyqırımını pisləyərək, vurğulayıb ki, İran İslam Respublikası regionda və dünyada sülh və gərginliyin azalmasını istəyir və şərəfli və bərabərhüquqlu dialoqa hazırdır.
Pezeşkian bu müsahibədə "Diplomatiya üçün mümkün təhlükələrdən biri bu ola bilər ki, ABŞ-ın İranın Donald Trampa qarşı sui-qəsd planının olduğuna inanması ola bilər. Belə bir plan olubmu?” sualına belə cavab verib: Regionda, Avropada və başqa yerlərdə gördüyümüz bütün sui-qəsdlər və terror aktlarında iranlıların izi varmı?! Həmin terror aktlarının İranla hər hansı əlaqəsi olubmu? Heç vaxt! Tramp əleyhinə sui-qəsd adlandırılan şey İsrail və digər ölkələrin İrana qarşı düşmənçiliyi təşviq etmək planıdır".