Yan 18, 2025 17:30 Asia/Baku
  • İranda iki tanınmış hakim terror edilib

İran Ədliyyə Sisteminin Məlumat Mərkəzi elan edib ki, bu gün (18 yanvar) iki tanınmış, sadiq, inqilabçı və qətiyyətli hakim sui-qəsd edilərək şəhadətə qovuşub. Cinayəti törədən terr*rçu hadisə yerində dərhal intihar edib.

  Mərkəzdən verilən məlumata görə, bu gün səhər saatlarında (şənbə) ölkənin Ali Məhkəməsinin çoxillik əməkdaşı olan və milli təhlükəsizliyə qarşı cinayətlərə, casuslara və terrorizmə qarşı mübarizədə uzun illər xidmət etmiş iki şücaətli hakim planlı şəkildə sui-qəsdə məruz qalıb.

Qeyd edək ki, terror hücumunda şəhadətə çatan Höccətül-İslam Vəl-muslimin Əli Razini Ali Məhkəmənin 39 saylı Şöbəsinin, Höccətül-İslam Vəl-muslimin Məhəmməd Muqisə isə Ali Məhkəmənin 53 saylı Şöbəsinin baş hakimi olub.

Terror aktından dərhal sonra silahlının tutulması üçün səylər göstərilsə də o intihar edib.

Qeyd edək ki, bundan 27 il əvvəl, 1998-ci ilin yanvarında Höccətül-İslam Vəl-muslimin Əli Razini terrorçuların hədəfinə çevrilmişdi.

Həmin vaxt Tehran Ədliyyə Məhkəməsinin rəhbəri olan Höccətül-İslam Vəl-muslimin Əli Razini Ramazan ayının 18-i gecəsi iş yerindən çıxarkən avtomobilinə maqnit bombası yerləşdirən motosikletçilər tərəfindən partadılmış və o bu hadisədə yaralanmışdı.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei düşmənlərin uğursuz sui-qəsd cəhdi nəticəsində Tehranda xəstəxanaya yerləşdirilən Əli Razini ziyarət edib.

Höccətül-İslam Vəl-muslimin Razini ziyarət edən Ali Məqamlı Rəhbər Uca Allahdan onun tezliklə sağalması və can sağlığı üçün dua edərək belə buyurub:

"Bu, ilahi imtahan idi və belə hadisələr Allahın lütfünün nişanəsidir. Hamımız şəhidlik həsrətini çəkirik.

İnşallah, Allah bunu sizi Allaha yaxınlaşdırmaq və Onun diqqət və lütfünü cəlb etmək üçün bir vasitə qərar verər"

Teqlər