İnqilabın səsini 27 dildə dünyaya çatdırırıq
İran Milli Televiziya və Yayım Təşkilatının Xarici Əlaqələr Şöbəsi üzrə müavin beynəlxalq “Səhab” Şəbəkəsinin yaradılmasının 1 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib.
Xarici Əlaqələr Şöbəsi üzrə müavin Əhməd Novruzi bu şəbəkənin yaradılmasında işlərin yeni başlanğıca qədəm qoyduğuna işarə edərək deyib:
“27 dildə informasiya istehsalı və ötürülməsi davam edir və ilk dəfə ölkə hüdüdlarından kənarda istehsal da Səhab Network-də əsas gündəmdə dayanır”
Səhab şəbəkəsinin həmkarlarının zəhmətini yüksək qiymətləndirən cənab Novruzi qeyd edib ki, İslam Respublikası olaraq digər ölkələrdə mediaya məhdudiyyətlərinin tətbiq edilməsi fikrinin əksinə olaraq hazırda bu şəbəkədə biz bu iftixar nişanını sinəmizə vurmuşuq ki, İslam Respublikası və İnqilabın mesajını dünyanın 27 dilində, tam obyektiv və senzura olmadan çatdırmaq və ötürmək istədiyirik.